Bu gün Azərbaycan Basketbol Liqasında VI turun daha bir görüşü keçirilib. A qrupu çərçivəsində “Gəncə” NTD-ni qəbul edib. Matç ev sahiblərinin 90:78 hesablı qalibiyyəti ilə bitib. Qalib komandadan Erik Kops 17 xalla qarşılaşmanın ən məhsuldarı olub.

Hazırda “Gəncə” 7 xalla A qrupunda üçüncüdür. Qərb təmsilçisindən 1 xal geri qalan NTD sonuncudur.

VI tura sabah keçiriləcək “Şəki” – “Abşeron”, “Neftçi” – “Sabah” oyunları ilə yekun vurulacaq.