AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.

O, qadınlar arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Almaniya təmsilçisi “Bayern Münhen” və İngiltərədən “Arsenal” komandaları arasında keçiriləcək oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 12-də Münhen şəhərində baş tutacaq.