FİFA 2025-ci il üçün “İlin ən yaxşı futbolçusu” və “ilin ən yaxşı baş məşqçisi” mükafatlarına namizədlərin siyahısını elan edib.

Ən yaxşı oyunçuya verilən “The Best” mükafatının sahibi qitənin 5 klubunu təmsil edən 11 futbolçu arasından seçiləcək.

Namizədlər

Usman Dembele (PSJ, Fransa millzi)

Əşrəf Hakimi (PSJ, Mərakeş millisi)

Harri Keyn (“Bayern Münhen”, İngiltərə millisi)

Kilian Mbappe (“Real Madrid”, Fransa millisi)

Nunu Mendeş (PSJ, Portuqaliya millisi)

Koul Palmer (“Çelsi”, İngiltərə millisi)

Pedri (“Barselona”, İspaniya millisi)

Rafinya (“Barselona”, Braziliya millisi)

Məhəmməd Salah (“Liverpul”, Misir millisi)

Vitinya (PSJ, Portuqaliya millisi)

Lamin Yamal (“Barselona”, İspaniya millisi)

İlin ən yaxşı baş məşqçisi nominasiyası uğrunda isə 7 mütəxəssis mübarizə aparacaq.

Namizədlər

Xavyer Aqirre (Meksika millisi)

Mikel Arteta (“Arsenal”)

Luis Enrike (PSJ)

Hans-Diter Flik (“Barselona”)

Enzo Mareska (“Çelsi”)

Roberto Martines (Portuqaliya millisi)

Arne Slot (“Liverpul”)

Qeyd edək ki, qaliblər milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılacaq sorğu əsasında müəyyənləşəcək. Ötən il “The Best” mükafatının sahibi “Real Madrid” və Braziliya millisinin üzvü Vinisius Junior olub. Ən yaxşı baş məşqçi adını isə “kral klubu”nun sabiq baş məşqçisi Karlo Ançelotti layiq görülüb.