Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci oyununu keçirib. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Tacikistan seçməsi ilə üzləşib.
Görüş Yığmamızın inamlı qələbəsi ilə bitib – 3:0 (25:5, 25:11, 25:9). Milli ilk matçında İranı məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.












