Bu gün UEFA Çempionlar liqasının əsas mərhələsinin IV turu çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” doğma meydanda İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşacaq. Bu, tərəflərin üçüncü dueli olacaq. Belə ki, komandalar 2017/2018-ci illər mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup etapında üzləşmiş və London klubu hər iki matçda müvafiq olaraq 6:0 və 4:0 hesabları ilə qalib gəlmişdi.
Maçt həm də “Qarabağ”ın İngiltərə kollektivləri ilə 8-ci üzləşməsi olacaq. Geridə qalan 7 dueldə “köhlən atlar” məğlubiyyət acısı yaşayıblar.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Avstriyalı Sebastyan Qishamerin idarə edəcəyi matç “CBC Sport”la canlı yayımlanacaq.

















