Bu gün Azərbaycan Deflimpiya Komitəsinin mətbuat konfransı keçirilib. Komitənin baş katibi Namiq Novruzov qurumun gördüyü işlər barəsində danışıb. O, həmçinin media nümayəndələrinin suallarını cavablayıb. Novruzov, Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Deflimpiya Oyunları ilə bağlı məlumat verib. Ölkəmiz 15-26 noyabr tarixlərində baş tutacaq turnirdə 6 idman növündə 20 iştirakçı ilə təmsil olunacaq. Bununla yanaşı, tədbirdə 2027-ci ildə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğu açıqlanıb.