Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçuların siyahısını tərtib edib. İlin geridə qalan hissəsində qeydə alınan nəticələrə əsasən Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe 51 qolla birinci pillədə qərarlaşıb. O, 32 dəfə çempionatda, 3 dəfə ölkə kubokunda, 11 dəfə beynəlxalq klub matçlarında, 5 dəfə isə yığmada rəqib qapılarına yol tapıb.

İkinci sırada 50 qolla “Bayern Münhen”in ingiltərəli futbolçusu Harri Keyn yer alıb. 43 qol vuran “Mançester Siti”nin forvardı Erlinq Halaand ilk üçlüyü qapayır.