İspaniya La liqasında X turun oyunları keçirilir. Mərkəzi qarşılaşmada “Real Madrid” “Santiaqu Bernabeu” stadionunda “Barselona”nı qəbul edib. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qalibiyyəti ilə bitib. Bununla da “kral klubu” “El-Klasiko”da 5 matçlı qələbəsizlik seriyasına son qoyub.
“Real Madrid” 2:1 “Barselona”
Qollar: Kilian Mbappe (22′), Fermin Lonpez (38′), Cud Bellinqem (43′)
Beləliklə, xalını 27-yə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Barselona” əzəli rəqibindən 5 xal geri qalır.












