Səudiyyə Ərəbistanı liqasında VI turun oyunları keçirilir. Çempionluğa iddialı olan “Əl-Nəsr” evdə “Əl-Xazer” ilə üzləşib və 2:0 hesablı qələbəyə sevinib. Komandanın qollarını Joao Feliks və Kriştianu Ronaldu vurub.

Beləliklə, portuqaliyalı ulduz futbolçu karyerası ərzində vurduğu qolların sayını 808-i çıxış etdiyi klublarda, 142-si millidə olmaqla, ümumilikdə 950-yə çatdırıb.

Qeyd edək ki, Ronaldu cari mövsüm bütün turnirlərdə keçirdiyi 12 matçda 12 qolla yadda qalıb.