Bu gün Azərbaycan Basketbol Liqasında IV turun iki görüşü keçirilib. İlk oyunda B qrupunda “Naxçıvan” “Sərhədçi”ni 76:69 hesabı ilə üstələyib. Digər oyunda “Abşeron Lions” A qrupu çərçivəsində “Neftçi” ilə üz-üzə gəlib. Matç “şirlər”in 100:95-lik qalibiyyəti ilə bitib.

Sabah IV turun son oyununda “Şəki” NTD-ni qəbul edəcək. Hazırda A qrupunda 8 xala malik “Sabah” və “Abşeron Lions” liderliyi bölüşürlər. B qrupunun birinci isə 8 xallı “Ordu”dur.