Yunanıstan təmsilçisi “Panatinakos”un yeni baş məşqçisinin adına aydınlı gəlib. Afina klubu Rafael Beniteslə anlaşıb. Təcrübəli çalışdırıcının yeni iş yerində ilinə 4 milyon avro qazanacağı qeyd edilir. Xatırladaq ki, Benitesin son iş yeri “Selta Viqo” olub. O, burada 2023-2024-cü illər aralığında işləyib.