Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.

Yeni qərara əsasən, mundial növbəti il 9-16 iyul tarixlərində yox, oktyabrın 4-11-i aralığında baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir. Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə 11-də keçiriləcək.

Əlavə edək ki, Bakı 2018-ci ildən sonra ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.