UEFA Çempionlar liqası əsas mərhələsinin III turunda həftənin ən yaxşı oyunçusu açıqlanıb. Bu, “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopesdir. “Olimpiakos” qarşı kataloniyalıların 6:1 hesablı qələbə qazandığı matçda het-trik edən 22 yaşlı futbolçu azarkeşlərin səsverməsində “Borussiya Dortmund”dan Feliks Nmeça, “Atletik Bilbao”dan Qorka Quruseta və “PSV Eyndhoven”dən Dennis Manı qabaqlayıb.