Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Lennart Karl UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

O, Münhen komandasının turnirdə qol vuran ən gənc futbolçusu olub.Almaniyalı oyunçu Liqa mərhələsinin III turunda “Brügge”yə (Belçika) qarşı matçın (4:0) 5-ci dəqiqəsində fərqlənib. O, qol vurarakən 17 yaş 242 günlüyündə olub.”Bavariya”da əvvəlki rekord yarımmüdafiəçi Camal Musialaya aid idi.