8-10 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək. Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.
Belə ki, kişilərin mübarizəsində 66 kq-da Ruslan Paşayev, 73-də Hidayət Heydərov, 90-da Elcan Hacıyev, 100-də Zelim Kotsoyev və 100 kq-dan artıq çəki dərəcəsində Uşanqi Kokauri yarışacaq.
Qadınlardan isə 48 kq-da Könül Əliyeva, 52-də Aydan Vəliyeva, Gültac Məmmədəliyeva, 57-də Fidan Əlizadə, 70 -də Südabə Ağayeva, Aytac Qardaşxanlı və 78-də Günel Həsənli medalçılar sırasına düşməyə çalışacaq. Qeyd edək ki, cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.














