FİBA Avropa Kubokunda mübarizə aparan “Neftçi” basketbol klubu turnirdə ikinci oyununa çıxıb. İ qrupunda yer alan “ağ-qaralar” Estoniya təmsilçisi “Kalev”lə ilə üz-üzə gəlib. Əlavə vaxta qədər uzanan görüşün sonunda “Neftçi” 95:84 hesabı ilə üstün olub. Oyunun ən məhsuldar basketbolçusu 35 xal, 13 ribaund, 2 asistlə şimali amerikalı Divonte Qrin olub. Turnirdə ilk qələbəsini əldə edən Bakı klubu qrupda 3 xalla ikinci pilləyə yüksəlib. “Kalev” eyni xalla liderdir.














