AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda verilən qərarlara əsasən Misli Premyer Liqasının VIII turu çərçivəsində “Kəpəz”ə qarşı matçda kobud oyuna görə qırmızı vərəqə alan “Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalanıb, klub ümumilikdə 4500 manat cərimələnib. Bununla yanaşı, həmin görüşdə “Kəpəz” komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün klub 1500 manat, 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 cərimə edilib.

 “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Neftçi” komandası 6000 manat, ev sahiblərinin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə 3000 manat, 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.