Bu gün “Neftçi” basketbol klubu FIBA Avropa Kubokunun qrup mərhələsində ikinci oyununu keçirəcək. “Ağ-qaralar” Bakı İdman Sarayında baş tutacaq matçda Estoniyanın “Kalev” kollektivini qəbul edəcək. Saat 18:30-da start götürəcək qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq. Qeyd edək ki, “Neftçi” ilk matçında Polşa təmsilçisi “Trefl”ə 63:93 uduzub. I qrupunun digər görüşündə isə digər bir komandamız “Abşeron Lions” sabah “Trefl”lə üz-üzə gələcək.














