Futbol üzrə Azərbaycan II Liqasında VI turun növbəti oyunları keçirilib. “Şəmkir” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Turun digər oyununda “Göygöl” və “Ağstafa Gəncləri” 1:1-lik bərabərliyə razılaşıblar. “Quba” isə “Kür-Araz”a 6:1 hesabı ilə qalib gəlib. Hazırda turnir cədvəlinə 15 xala malik “Qaradağ Lökbatan” başçılıq edir.
















