Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın II turuna start verilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan ilk matçda son çempion “Azərreyl” və “DH Volley” komandaları qarşılaşıb. Matç debütantların 3:2 hesablı qələbəsi ilə bitib. Qeyd edək ki, turun digər oyunları oktyabrın 21-də və 23-də keçiriləcək.














