Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqada keçirilən “International Challenge” kateqoriyalı “Czech Open” beynəlxalq turnirində bürünc medal qazanıb.
Mübarizəyə əsas mərhələdən start verən idmançımız ilk görüşündə fransalı Valentin Singeri, 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı mübarizədən kənarlaşdırıb. 1/4 finalda ispaniyalı Pablo Abiandan güclü olan badmintonçu yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. O, bu etapda indoneziyalı Məhəmməd Yusufa uduzub.












