Azərbaycanın daha bir basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.

“Abşeron Lions” klubu Estoniya təmsilçisi “Kalev”i qəbul edib.

Bakı İdman Sarayında keçirilən matç rəqibin 93:85 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, I qrupunun ilk görüşündə Azərbaycanın “Neftçi” kollektivi Polşada “Trefl”ə uduzub – 63:92.