Bu gün Azərbaycanın daha bir basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayacaq.

“Abşeron Lions” klubu Estoniya təmsilçisi “Kalev”i qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

I qrupunun ilk görüşündə Azərbaycanın “Neftçi” kollektivi Polşada “Trefl”ə uduzub – 63:92.