Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.
Günün yeganə oyununda “Azerreyl” “Gəncə”nin qonağı olacaq.
Qarşılaşma Gəncə İdman Sarayında, saat 15:00-da start götürəcək.
Qeyd edək ki, I turun “DH Volley” – “Abşeron” və UNEC – “Milli Aviasiya Akademiyasi” görüşləri oktyabrın 15-də baş tutacaq. “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.














