Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis, onları əhəmiyyətli oyunun gözlədiyini qeyd edib:

“Oyunun ilk dəqiqələrindən gücümüzü göstərməyə çalışacağıq. Xallar bizə rəqibdən daha çox lazımdır. Bakıdakı ilk matç tam fərqli idi. Meydança bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidir. Əminəm ki, uşaqlar, xüsusən də İslandiya ilə matçdan sonra daha inamlı çıxış edəcəklər. Biz artıq keçmişdə sübut etmişik ki, ikinci oyunda da keyfiyyətli oynaya bilirik. Futbolçular diqqətlərini cəmləyiblər və bu oyunun əhəmiyyətini başa düşürlər. Onlar maksimumlarını göstərməlidirlər.”

Qeyd edə ki, 13 oktyabr saat 22:45 start götürəcək Ukrayna-Azərbaycan qarşılaşması “CBC Sport”la canlı yayımlanacaq.