17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. IX qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 5-1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, U-17 millimiz ilk matçında Fransaya 8 cavabsız qolla uduzub.