Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu keçirilib. Milli Gimnastika Arenasında keçirilən matçda “Sabah” NTD ilə üzləşib. Görüş “tələbələr”in 133:65 hesablı inamlı qalibiyyəti ilə bitib. Maksimum nəticə göstərən “Sabah” “Abşeron Lions”la birgə A qrupuna liderlik edir. B qrupuna ilk iki turu qələbə ilə bitirən digər komanda – “Ordu” başçılıq edir.
II tur sabah baş tutacaq “Sərhədçi” – “Lənkəran” və “Naxçıvan” – “Sumqayıt” matçları ilə yekunlaşacaq.











