9-16 noyabr tarixlərində Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Qitə turnirində 17 ölkədən gimnastlar medallar uğrunda mübarizə aparacaqlar.
Yarışın 9-11 noyabrın tarixlərini əhatə edən hissəsində yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər qüvvələrini sınayacaqlar. Avropa çempionatı Gəncə İdman Sarayında baş tutacaq.














