Dünya çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının Ukrayna seçməsinə qarşı keçirəcəyi oyunu avstriyalı hakimlər briqadası idarə edəcək. Matçda ədaləti Sebastyan Qisxamer qoruyacaq.

Ona yan xətlərdə Yorqen Roland Riedel və Santino Şrayner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.

Qeyd edək ki, Ukrayna-Azərbaycan görüşü oktyabrın 13-ü saat 22:45-də start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.