Kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda mübarizəyə start verəcək. Yarışa II təsnifat mərhələsindən qoşulan son ölkə çempionu ilk etapda Macarıstan təmsilçisi “Balatonfüredi”yə qarşı verəcək. Matç “Balaton” İdman Kompleksində, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab görüşü isə oktyabrın 19-da “AHF Arena” İdman Kompleksində reallaşacaq.














