Azərbaycanın yeniyetmə parapauerliftinqçisi, 107 kq-da mübarizə aparan İlhamiz Kərimov Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 2 gümüş medal qazanıb. 16 yaşlı idmançı ümumi qaldırmada üç hərəkətin cəmində 185 kq-lıq nəticə göstərib və fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, həmçinin ən yaxşı qaldırmada 95 kq nəticə ilə gümüş medala sahib çıxıb.












