Azərbaycan kubokunda I təsnifat mərhələsi başa çatıb. İkinci oyun günündə 2 matç keçirilib. “Göygöl” evdə “Şəmkir” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. “Quba”nın qonağı olan “Xankəndi” 2-1 hesablı qələbə ilə növbəti etapa adlayıb. II təsnifat mərhələsində aşağıdakı oyunlar baş tutacaq:

“Şimal” – “Şahdağ Qusar”

“Zaqatala” – “Sumqayıt”

“Neftçi” – MOİK

“Səbail” – “Şamaxı”

“Qəbələ” – “Mingəçevir”

“Xankəndi” – “Baku Sportinq”

“Qaradağ Lökbatan” – “Karvan”

“Dinamo” – “İmişli”

“Ağstafa Gəncləri” – “Kəpəz”

“Göygöl” – “Difai”

“Şəki Siti” – “Turan Tovuz”