Oktyabrın 17–19-da Meksikanın Qvadalahara şəhərində keçiriləcək cüdo Qran-pri turnirində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında 7 çəki dərəcəsində 11 cüdoçu mübarizə aparacaq.
Belə ki, 60 kq-da Əhməd Yusifov, Balabəy Ağayev, 66-da Ruslan Paşayev, Yaşar Nəcəfov, 73-də Hidayət Heydərov, Rəşid Məmmədəliyev, 81-də Vüsal Qələndərzadə, Zelim Tçkayev, 90-da Murad Fətiyev, 100-də Zelim Kotsoyev, 100 kq-dan artıq çəki dərəcəsində isə Uşanqi Kokauri medallar uğrunda mübarizə aparacaqlar.
Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək.













