Dünya çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində Avropa zonasında növbəti matçlar keçirilib. Avstriya San-Marinonu 10, Danimarka Belarusu 6, Niderland Maltanı, Farer adaları Monteneqronu 4 cavabsız qolla məğlub edib. Çexiya və Xorvatiya seçmələrinin görüşündə isə qapılar toxunulmaz qalıb. Oyun gününün digər qarşılaşmalarında bu nəticələr qeydə alınıb:
C qrupu
22:45. Belarus – Danimarka – 0:6
Qollar: Frohold, 14, Hoylund, 19, 45, Dorqu, 45+6, Dreyer, 66, 78
22:45. Şotlandiya – Yunanıstan – 3:1
Qollar: Kristi, 64, Ferqyuson, 80, Dikes, 90+3 – Tsimikas, 62

G qrupu
20:00. Finlandiya – Litva – 2:1
Qollar: Kallman, 48, Markev, 55 – Sirvis, 25
22:45. Malta – Niderland – 0:4
Qollar: K.Qakpo, 12-pen; 48-pen; T.Reynders, 57, Depay, 90+3

H qrupu
22:45. Kipr – Bosniya və Herseqovina – 2:2
Qollar: Laifis, 45+1, Pittas, 90+6-pen. – Natiç, 10, Mixal, 36-avtoqol
22:45. Avstriya – San Marino – 10:0
Qollar: Şmid, 7, Arnautoviç, 8, 47, 83, 84, Qreqoriş, 24, Poş, 30, 42, Laymer, 45, Vurmbran, 76

L qrupu
22:45. Çexiya – Xorvatiya – 0:0
22:45. Farer adaları – Monteneqro – 4:0
Qollar: Sorensen, 16, 55, Frederiksberq, 36, 72-pen.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Avropa zonasında bu gün daha 8 oyun keçiriləcək.














