Çexiyanın Ostrava şəhərində keçirilən 19 yaşadək boksçular arasında Avropa çdmpionatı başa çatıb. Son yarış günündə 50 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov qızıl medal qazanıb.Bu onun üçün ikinci qitə çempionluğu olub.

48 kq-da yarışan Banuçiçək Nəsirli isə finalda fransalı Matilda Fraqnierə uduzaraq gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) 3-cü yeri tutublar.