Misir milli komandası 2026-cı ildə Meksika, ABŞ və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Onlar bu uğura mundialın Afrika zonası üzrə seçmə mərhələsində, A qrupu çərçivəsində Cibutini 3-0 hesabı ilə məğlub edərək nail olub. Bu matçda “Liverpul”un ulduz futbolçusu Mohammed Salah dubla imza atıb. Beləliklə, birinci yeri təmin edən “fironlar” tarixində dördüncü dəfə 4 illiyin ən böyük futbol yarışında iştirak etmək hüququ əldə edib. Qeyd edək ki, ev sahibi olan komandalarla yanaşı buna kimi Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş və Tunis seçmələri də DÇ-2026-ya vəsiqə əldə edib.