Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanıb. Paralimpiyaçı 235.6 xal toplayaraq birinci yeri tutub. Qeyd edək ki, K. Zeynalov daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə, eləcə də 50 metr məsafəyə tapançadan atəş açma üzrə fərdi yarışda gümüş mükafata sahib çıxıb.