Ölkəmizi FIBA Çempionlar liqasında təmsil edəcək “Sabah” bu gün ilk görüşünü keçirəcək. Təmsilçimiz B qrupunun 1-ci turu çərçivəsində səfərdə Çexiyanın “Nimburk” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:30-da start götürəcək. Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək qrupun digər oyununda “Alba Berlin” Almaniyada Fransanın “Elan Şalon” kollektivini qəbul edəcək.














