Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında yeniyetmələr arasında voleybol yarışlarına yekun vurulub. Azərbaycanın oğlanlardan ibarət millisi yarımfinalda Belarusa 3:1 hesabı ilə uduzub. Millimiz üçüncülük uğrunda matçda Özbəkistanla bacarmayıb. Qızıl medalı Rusiya qazanıbsa, Belarus ikinci olub. Daha öncə qızlardan ibarət komandalar arasında mükafatçılar müəyyənləşib. Rusiya yığması birinci, Belarus ikinci, Azərbaycan isə üçüncü yerə sahib çıxıb.