İspaniya La liqasının VIII turu çərçivəsində son çempion “Barselona” səfərdə “Sevilya” ilə qarşılaşıb. Matç Əndəlüs təmsilçisinin 4-1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Bununla da onlar kataloniyalılara qarşı 10 oyunluq qalibiyyətsizlik seriyasına son qoyublar. Bu mövsüm çempionatda ilk dəfə uduzan “Barselona” turnir cədvəlində liderliyi “Real Madrid”ə təhvil verməli olub. 21 xala malik “Kral klubu” əzəli rəqibini 2 xal qabaqlayır.
Dünya futbolu İspaniya La liqası: “Barselona” “Sevilya”ya böyük hesabla uduzdu














