“Mercedes”in britaniyalı pilotu Corc Rassell “Formula” 1 Sinqapur Qran-prisinin seçmə mərhələsində qalib gəlib.

“Red Bull” komandasının pilotu Maks Ferstappen ikinci, “McLaren” komandasının pilotu Oskar Piastri isə ilk üçlüyü tamamlayıb.

Əsas yarış oktyabrın 5-də baş tutacaq. Yarış Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, sentyabrın 21-də “Red Bull” pilotu Maks Ferstappen “Formula” 1 Azərbaycan Qran-prisinin qalibi olub.