Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişib.

Aktivində 13 qızıl, 27 gümüş və 43 bürünc medal olan komanda üçüncü pilləyə geriləyib.

İkinci sıraya Belarus (15 qızıl, 20 gümüş, 28 bürünc) yüksəlib.

Siyahıya yenə Rusiya (73 qızıl, 27 gümüş, 16 bürünc medal) başçılıq edir.

İndiyə qədər 8 ölkə təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.