İngiltərənin “Nottinqem Forest” klubunun baş məşqçisi Angelos Postekoqlu 100 ilin antirekorduna imza atıb.
Bu, komandanın UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi “Midtyullann”a uduzması (2:3) ilə reallaşıb.
Premyer Liqa təmsilçisi mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 6 qarşılaşmada dördündə məğlub olub, ikisində heç-heçə edib. O, 100 il ərzində bu kollektivdə ilk altı görüşündə qalib gələ bilməyən yeganə baş məşqçidir.
Sonuncu belə hadisə 1925-ci ilə yaşanıb. “Nottinqem Forest” Con Beynsin rəhbərliyi altında ilk 7 qarşılaşmada qələbə qazana bilməyib. Lakin bundan sonra o, daha dörd il klubda qalıb.












