Ölkəmizdə keçirilən III MDB Oyunlarında mübarizə davam edir. Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək.

Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə mübarizə qaldığı yerdən davam edəcək. Qoşa və qarışıq-qoşa növləri üzrə 1/4 final, yarımfinal və final matçları baş tutacaq.

Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə yarış statr gõtürəcək.

Şəki şəhər stadionunda çövkən üzrə ilk oyunlar baş tutacaq. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla üz-üzə gələcək. B Qrupunda Özbəkistanla Qazaxıstan münasibətlərə aydınlıq gətirəcək.

Gəncə İdman Sarayında isə üzgüçlüyün bir neçə növü üzrə mükafatçılar bəlli olacaq.