III MDB Oyunları çərçivəsində futbol yarışlarına start verilib. Azərbaycanın U-16 millisi Tacikistanla qarşılaşıb. Görüş Aqil Nəbiyevin rəhbərlik etdiyi yığmanın qələbəsi ilə başa çatıb – 1:0. Seçməmizin qolunu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub. Milli növbəti matçını oktyabrın 1-i Qırğızıstana qarşı keçirəcək. Qeyd edək ki, III MDB oyunlarında futbol yarışına oktyabrın 3-də yekun vurulacaq.
III MDB Oyunları Azərbaycan 2025 III MDB Oyunları: U-16 millimiz turnirə qələbə ilə başladı














