“Neftçi” növbəti transferini açıqlayıb. “Ağ-qaralar” nigeriyalı futbolçu İfeanyi Metyunu heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək. Qeyd edək ki, sonuncu klubu İsveçrə təmsilçisi “Sürix” olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb.