Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışına start verilib.Qadınlardan ibarət Azərbaycan milli komandası yarımfinalda Belarus seçməsi ilə üzləşib. Mərziya Nurmatova, Yağmur Məmmədli, Aylin Əskərovadan ibarət kolleltiv 2:1 hesabı ilə qalib gəlib və finala yüksəlib.

Rüstəm Hacılı, Onur Quluzadə, Adil Əhmədzadə ibarət kişi yığmamız isə final uğrunda görüşdə Özbəkistanla qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.Hər iki komandanın həlledici görüşlərdəki rəqibləri isə Rusiya komandaları olacaq.