III MDB Oyunlarının Təşkilat Komitəsi yarışlara bilet satışının başladığını elan edib. Oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir. Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 9-da Gəncə şəhərində keçiriləcək. Yarışlar isə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.