Fransanın “Nitsa” klubunun futbolçusu Dante UEFA Avropa Liqasının tarixinə düşüb. Braziliyalı müdafiəçi buna əsas mərhələnin I turunda İtaliya təmsilçisi “Roma”ya 1-2 uduzduqları oyununda iştirak etməklə nail olub. O, turnirdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Dante bunu 41 yaş, 11 ay, 6 günündə bacarıb.
Dünya futbolu Dante Avropa liqasının tarixinə düşdü














