FIBA Çempionlar liqasının təsnifat mərhələsinin oyunları keçirilib. Seçmə qrupun finalında İspaniyanın “Mursiya” klubunu 96-88 hesabı ilə məğlub edən Fransa təmsilçisi “Elan Şalon” əsas etapa yüksəlib. Beləliklə, təmsilçimiz “Sabah”ın son rəqibi bəlli olub. Üçqat Azərbaycan çempionu B qrupunda “Alba Berlin” (Almaniya), “Nimburk” (Çexiya) və “Elan Şalon” (Fransa) ilə görüşlər keçirəcək. Qrup görüşləri oktyabrın 7-də başlayacaq.














